Yeni Zelandiyada “COVID-19”-a yoluxanların sayı 552 nəfərə çatıb, bir nəfər ölüb

yeni-zelandiyada-covid-19-a-yoluxanlarin-sayi-552-nfr-catib-bir-nfr-olub-31032012

Yeni Zelandiyada “COVID-19”-a yoluxanların sayı 552 nəfərə çatıb, bir nəfər ölüb

Yeni Zelandiyada COVID-19 koronavirusuna yoluxanların sayı ümumilikdə 52 nəfər təşkil edib, bir nəfər isə ölüb.

Frame.az xəbər verir ki, yeni koronavirusun yayılması fonunda Yeni Zelandiyanın hakimiyyət orqanları ölkədə elan edilmiş fövqəladə vəziyyət barədə rejimi uzatmaq barədə qərar qəbul ediblər.

Bununla əlaqədar Fövqəladə Vəziyyətlər Üzrə Milli Agentliyin “Twitter” səhifəsində yerləşdirilmiş məlumatda deyilir: “Ölkədə COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən fövqəladə vəziyyət rejimi daha yeddi gün müddətinə uzadılıb. Bu qərar COVID-19 koronavirusunun yayılmasına qarşı hökumətin tədbirlər görməsinə tam şərait yaradır və əlavə səlahiyyətləri nəzərdə tutur”.

Hibya Xəbər Agentliyi