Azərbaycanın aşpazlar Çempionatı noyabr ayına keçirildi

azrbaycanin-aspazlar-cempionati-noyabr-ayina-kecirildi-03042012

Azərbaycanın aşpazlar Çempionatı noyabr ayına keçirildi

Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasından verilən məlumata görə, Azərbaycan aşpazlarının “Qızıl Şah” çempionatı 2020-ci ilin may ayından noyabr ayına keçirilib.

“Biz ənənəvi olaraq çempionatı hər il Bakı Ekspo Mərkəzində təşkil olunan InterFood Azerbaijan beynəlxalq sərgisi çərçivəsində keçiririk. Caspian Event Organisers rəhbərliyi, pandemiya ilə əlaqədar sərginin tarixini dəyişdirmək qərarına gəldikdən sonra, biz də "onları təqib etmək" qərarına gəldik. Biz hal-hazırda bütün dəvət olunmuş hakimlərə və fəxri qonaqlarımıza xəbərdarlıq etdik və xüsusi rejim bitdikdən sonra yenidən ölkənin kulinariya cəmiyyətinin həyatında baş verən ən vacib hadisəni təşkil etməyə başlayacağıq " bunu bizə Assosiasiyanın rəhbərlərindən biri, tanınmış qastronomiya bloqeri Fərhad Aşurbəyli dedi.

“Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyi, təhsil sahəsi, ixtisasın artırılması və milli mətbəximizin xaricdə təbliği ilə məşğul olan peşəkar aşpazlar və aşpaz həvəskarları Assosiasiyasıdır. Əvvəlcə Chefs.az brendi altında təşəbbüs qrupu kimi fəaliyyət göstərən və sonradan Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Assosiasiya, müxtəlif layihələrdə fəal iştirak edir. 2 il ərzində hər biri 300-dən çox mütəxəssisin qatıldığı iki Azərbaycan Aşpazları Konqresi, 2019-cu ilin mayında Azərbaycan Aşpazlarının Birinci Çempionatı və bir sıra digər tədbirlər keçirildi. Assosiasiyanın nümayəndələri qısa müddətdə müxtəlif ölkələrdə milli mətbəxi təqdim etməyi bacarıblar, həmçinin beynəlxalq çempionatlarda mükafatlar və kuboklar qazanıblar.

Assosiasiyanın fəaliyyəti haqqında daha ətraflı məlumatı www.chefs.az saytında əldə edə bilərsiniz.

Hibya Xəbər Agentliyi