İndiyədək Özbəkistanda COVID-19-dan 892 nəfər sağalıb

indiydk-ozbkistanda-covid-19-dan-892-nfr-sagalib-28042009

İndiyədək Özbəkistanda COVID-19-dan 892 nəfər sağalıb

Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna 35 nəfər yoluxub və yoluxanların ümumi sayı 1924-ə çatıb.

 

Xbr.az  Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yoluxma faizi getdikcə aşağı düşür, sağalanların sayı isə get-gedə artır. Bu günədək 892 nəfər sağalıb, 1024 nəfər müalicə alır, 8 xəstə həyatını itirib.

 

Özbəkistanın karantin rejimi yumşaldılmağa başlanıb. Bir sıra xidmət sahələri fəaliyyətini bərpa edir.

Hibya Xəbər Agentliyi