Böyük Britaniyada tətbiq olunan sosial məsafə qaydalarında dəyişiklik olunacaq

boyuk-britaniyada-ttbiq-olunan-sosial-msaf-qaydalarinda-dyisiklik-olunacaq-15062005

Böyük Britaniyada tətbiq olunan sosial məsafə qaydalarında dəyişiklik olunacaq

Böyük Britaniyada hökumət koronavirusa görə tətbiq olunan sosial məsafə qaydalarında dəyişiklik edəcək.

Baş nazir Boris Conson sosial məsafəylə bağlı qaydaya yenidən baxılmasını tələb edib. Belə ki, tətbiq olunan sosial məsafənin 2 metrdən 1 metrə endirilməsi planlaşdırılır.

Mühafizəkarlar Partiyasının nümayəndələri xüsusən restoranlarda bu qaydanın iqtisadi cəhətdən təsir göstərməsi səbəbindən endirilməsini istəyiblər.

Restoranların açılması üçün son qərar iyulun 4-ə qədər veriləcək.

Hibya Xəbər Agentliyi