“Rosneft” Venesuela bazarından çıxıb

rosneft-venesuela-bazarindan-cixib-29032006

“Rosneft” Venesuela bazarından çıxıb

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” Venesueladakı fəaliyyətini dayandırdığını və bu ölkədəki bütün aktivlərini Rusiya hökumətinə satdığını açıqlayıb.

Hibya xəbər verir ki, şirkət Venesueladakı bütün fəaliyyətini dayandırıb. “Rosneft”in Venesueladakı bütün aktivləri isə Rusiya hökumətinə satılıb. Satış nəticəsində “Rosneft”in törəmə şirkəti 9,6 faizlik payına sahib olacaq.

Qeyd edək ki, ABŞ Venesuelaya qarşı sanksiyaları pozduğuna görə “Rosneft”in “Rosneft Trading SA” törəmə şirkətini ötən ay sanksiya siyahısına salmışdı.

“Rosneft” qlobal neft hasilatının 5 faizini həyata keçirir

Hibya Xəbər Agentliyi